Oğurladığı pulla Bakıda özünə kirayə ev tutan şəxs saxlanılıb


10:30     06 Dekabr 2021 21_12_06_1638770076.jpg

Mingəçevir şəhəri Energetiklər qəsəbəsində yerləşən mağazadan ümumi dəyəri 900 manata yaxın siqaret və pul oğurlanıb.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Femida.az-a verilən məlumata görə, mağaza sahibi tərəfindən Mingəçevir Şəhər Polis Şöbəsinə daxil olmuş müraciətlə əlaqədar keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində cinayət əməlini törətməkdə şübhəli bilinən, əvvəllər də üç dəfə eyni əmələ görə məhkumluq həyatı yaşayan şəhər sakini Rüstəm Alırin saxlanılıb.

O, ifadəsində törətdiyi cinayəti etiraf edib və oğurladığı siqaretləri sataraq əyləncəsinə xərclədiyini, pulla isə Bakı şəhərində ev kirayələdiyini bildirib.

Faktla bağlı cinayət işi başlanılıb, R.Alırinin digər cinayətlərdə iştirakının olub-olmaması araşdırılır.

Açar sözlər:

Oxunub: 257