Sabah hava yağmursuz olacaq
13:44 06 Dekabr 2021
Dekabrın 7-ə gözlənilən hava şəraiti açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən Femida.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər saatlarında zəif duman olacaq. Axşam bəzi yerlərdə çiskinli olacağı ehtimalı var. Mülayim cənub-qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 6-9° isti, gündüz 11-14° isti, Bakıda gecə 7-9° isti, gündüz 12-14° isti olacaq. Atmosfer təzyiqi 767 mm civə sütunundan 770 mm civə sütununa yüksələcək. Nisbi rütubət 65-75 % olacaq.
Azərbaycanın rayonlarında əsasən yağmursuz, gecə və səhər saatlarında duman olacaq. Mülayim şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 1-6° isti, gündüz 11-16° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 6-11° isti olacaq.
Oxunub: 507
Oxşar xəbərlər
- Sabahdan güclü külək əsəcək, şimşək çaxacaq, yağış yağacaq - XƏBƏRDARLIQ
- Sabahdan güclü külək əsəcək, şimşək çaxacaq, yağış yağacaq - XƏBƏRDARLIQ
- Sabah hava küləkli olacaq, yağış yağacaq
- Sabahın hava proqnozu açıqlanıb
- Sabah Abşeronun bir hissəsində qaz olmayacaq
- Sabahdan ali məktəblərə ixtisas seçimi başlayır
- Sabahın hava proqnozu açıqlanıb
- Sabaha gözlənilən hava şəraiti açıqlanıb
- Sabahın hava proqnozu açıqlanıb
- Sabahın hava proqnozu açıqlanıb