Masallıda şadlıq sarayının sahibi və toy təşkilatçısı cərimələnib
11:53 07 Dekabr 2021
Masallıda Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə rayon ərazisində təşkil edilən toy mərasimlərindən birində karantin rejimindən irəli gələn qayda və tələblərin pozulması halları müəyyən edilib.
Daxili İşlər Nazirliyindən Femida.az-a verilən məlumata görə, toy mərasiminin təşkil edildiyi obyektin sahibi və mərasimin təşkilatçısı barəsində qanunamüvafiq tədbirlər görülüb.
Belə ki, “Qəriblər ” şadlıq sarayında təşkil edilən toy mərasimi ilə bağlı məlumatların “icaze.e-gov.az” portalında qeydiyyatdan keçirilməməsi müəyyən edilib. İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən barələrində protokol tərtib edilməklə həmin şadlıq sarayının sahibi 4000 manat, toy mərasiminin təşkilatçısı isə 400 manat məbləğində cərimə olunublar.
Oxunub: 473
Oxşar xəbərlər
- Masallıda avtomobil kanala aşıb, iki nəfər boğularaq ölüb
- Masallıda keçmiş məhkumun evindən 5 kq-a yaxın narkotik aşkarlanıb
- Masallıda qardaşını qətlə yetirməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayır
- Masallıda 7 il əvvəl baş verən qətlin yeni təfərrüatı məlum olub
- Masallıda qardaşını qətlə yetirən şəxsin məhkəməsi başlayır
- Masallıda subasmaya görə köməksiz qalan vətəndaş xilas edilib
- Masallıda arvadını öldürən şəxsə 18 il həbs cəzası verilib
- Masallıda narkotiklə tutulan keçmiş məhkumun oğurluq əməllərinin üstü açılıb
- Masallıda üzərində silah və narkotik gəzdirən şəxs saxlanılıb
- Masallıda məktəbli qızın ərə verilməsi ilə bağlı araşdırmalara başlanılıb