Maştağada 8 evdən oğurluq edən şəxslər saxlanılıb


12:12     07 Dekabr 2021 21_12_07_1638861968.jpg

Sabunçu rayonu Maştağa qəsəbəsi ərazisində yerləşən Savalan və Daş Karxanası yaşayış massivlərində son bir neçə ay ərzində mənzillərdən silsilə oğurluqlar edən şəxslər saxlanılıblar.

Bu barədə Femida.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat zamanı qeyd edilən hadisələri törətməkdə şübhəli bilinən Tuncay Həsənov, Şakir Vahablı və Qurban Məmmədov tutularaq istintaqa təqdim ediliblər.

Araşdırma zamanı onların qeyd edilən ərazilərdə müxtəlif vaxtlarda 8 evdən pul və qızıl-zinət əşyaları oğurladıqları müəyyən edilib. Saxlanılan şəxslər törətdikləri oğurluq hadisələrini etiraf ediblər.

Qeyd olunan faktlarla bağlı 14-cü Polis Bölməsində toplanan materiallar araşdırmaların davam etdirilməsi üçün Sabunçu Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib. Zəruri istintaq tədbirləri davam etdirilir.

Açar sözlər:

Oxunub: 404