Ərdoğanın son seçim həmləsi


21:47     28 May 2015 erdogan3_0_0.jpg

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın 7 iyun parlament seçkisində AKP-yə səs qazanmaq üçün Aya Sofyada namaz qılacağı iddia olunur.

Femida.az xəbər verir ki, bu barədə Türkiyənin “Odatv” saytı AKP-dəki mənbələrinə istinadən məlumat yayıb. Məlumata görə, Aya Sofya AKP-nin son seçim həmləsi olacaq.

Ərdoğan bununla MHP və Milli İttifaq partiyalarının seçicilərinin səslərini qazanmağı qarşısına məqsəd qoyub.

Qeyd edək ki, iyunun 7-də Türkiyədə parlament seçkiləri baş tutacaq.

Açar sözlər:

Oxunub: 684