Ermənistan parlamentində dava olub


17:53     07 Dekabr 2021 21_12_07_1638885251.jpg

Ermənistan parlamentində hakim “Vətəndaş razılaşması” fraksiyasının deputatları ilə qanunvericilik binasının dəhlizində “Ermənistan” fraksiyası deputatlarının köməkçiləri arasında əlbəyaxa dava düşüb.

Femida.az “Novosti Armeniya”ya istinadən xəbər verir ki, dava iştirakçıları bir-birini küçə sözləri ilə təhqir ediblər.

Müxalif “Ermənistan” fraksiyasından olan deputat İşxan Saqatelyanın köməkçisi jurnalistlərə bildirib ki, iş otağına gedərkən arxadan səs eşidib və davanı görüb.

Onun sözlərinə görə, hadisə parlament sədirinin müavini Ruben Rubinyanın kabinetinin qarşısında baş verib.

Açar sözlər:

Oxunub: 427