Binəqədidə avtomobil gənc qızı vuraraq ağır xəsarət yetirib


11:19     08 Dekabr 2021 21_12_08_1638946867.jpg

Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Femida.az -IN məlumatına görə, hadisə Binəqədi rayonunda qeydə alınıb. "VAZ-2104" markalı avtomobil yolu keçən 25 yaşlı Səbinə Həsənovanı vurub.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb. Müayinə zamanı ona daxili orqanların zədələnməsi diaqnozu qoyulub. S.Həsənova əməliyyat olunub və reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 275