Saatlıda karantini pozan kafenin icarədarı cərimələnib


13:14     08 Dekabr 2021 21_12_08_1638951307.jpg

Saatlı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən gecə saatlarında rayon ərazisində sanitar-epidemioloji normaları pozaraq fəaliyyət göstərən kafe aşkar edilib.

Bu barədə Femida.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Şirvan regional qrupundan məlumat verilib.

Bildirilib ki, sanitar-epidemioloji normalarını pozaraq gecə saatlarında fəaliyyətini davam etdirən obyektin icarədarı E.Muradov karantin qaydalarını pozduğuna görə inzibati məsuliyyətə cəlb edilib.

Açar sözlər:

Oxunub: 570