Bu il Azərbaycanda uşaqlara ən çox qoyulan adlar açıqlanıb


17:37     08 Dekabr 2021 korpe_usaq_334.jpg

Gülünc adların, şəxsi mənafeyə xələl gətirən adların qoyulmasına qadağa qoyulub".

Femida.az xəbər verir ki, bunu Ədliyyə Nazirliyinin Vətəndaşlıq vəziyyəti aktlarının reyestri xidmətinin rəisi Reyhanə Kərimova deyib.

O bildirib ki, bu gün belə adların qoyulmasına məhdudiyyət tətbiq edildiyi üçün statistika aparılmır: "Lakin il ərzində doğulan uşaqlara ən çox qoyulan adlar barədə məlumat var. Belə ki, doğulan uşaqlarına daha çox Əli, Uğur, Yusif, Məhəmməd, qız uşaqlarına isə daha çox Zəhra, Aylin, Məryəm, Fatimə adları qoyulub. Uşaqlara adlar qoyulan zaman onların mənbəyinin və məzmununun araşdırılmasına xüsusi diqqət edilir".

Açar sözlər:

Oxunub: 563