Göygöldə yol qəzası olub, 3 nəfər xəsarət alıb


19:41     08 Dekabr 2021 21_12_08_1638978098.jpg

Bakı-Qazax avtomagistralında ağır yol-nəqliyyat hadisəsi baş verib.

Femida.az -ın məlumatına görə, hadisə Göygöl rayonu ərazisində qeydə alınıb.

"VAZ-2107" markalı minik avtomobil iki "KamAZ" markalı yük maşının arasında əzilib.

İlkin məlumatlara görə, minik maşınında olan 3 nəfər xəsarət alıb. Onlardan biri uşaq olub.

Faktla bağlı araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 283