Salyanda avtomobili su kanalına aşıb, ölən və xəsarət alan var


22:41     08 Dekabr 2021 big_1405422456_qeza.jpg

Salyanda ölüm və xəsarətlə nəticələnən yol qəzası baş verib.

“Report”un Aran bürosunun məlumatına görə, hadisə Seyidsadıqlı kəndində qeydə alınıb. Belə ki, “VAZ-2107” markalı avtomobil idarəetmədən çıxaraq su kanalına aşıb. Qəza nəticəsində bir nəfər (şəxsiyyəti dəqiqləşdirilir-red) ölüb, rayonun Şorsulu kənd sakini, 1986-cı il təvəllüdlü Rzayev Alim Əzizağa oğlu isə xəsarət alıb.

Yaralı Salyan Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 611