Neftçalada sərxoş sürücü qəza törədib, ağır xəsarət alıb


09:12     09 Dekabr 2021 21_12_08_1638989499.jpg

Neftçalada xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş veirb.

Hadisə bu gün axşam saatlarında rayonun 6-cı məhəlləsində (Qoltuq) qeydə alınıb.

İlkin məlumata görə, məhəllə sakini, 1972-ci il təvəllüdlü Muradov Fəhmin Oruc oğlu sərxoş halda motosikleti idarə edərkən yolun kənarındakı divara çırpıb.

Qəza nəticəsində sürücü müxtəlif dərəcəli ağır bədən xəsarətləri alıb. O, Neftçala Rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 295