Azərbaycanın Ermənistana təhvil verdiyi hərbçilər həbs olundu


09:42     10 Dekabr 2021 21_12_09_1639077212.jpg

Ermənistanın hüquq-mühafizə orqanları dekabrın 4-də Azərbaycandan İrəvana təhvil verilən 10 erməni hərbçidən beşini saxlayıb.

Oxu24.com xəbər verir ki, bu məlumatı "Sputnik Ermənistan"a İstintaq Komitəsinin mətbuat katibi Vardan Tadevosyan təsdiqləyib.

"Hazırda ağır nəticələrə səbəb olan hərbi xidmət və döyüş növbətçiliyi qaydalarının pozulması faktı üzrə açılmış cinayət işi çərçivəsində 5 hərbçi saxlanılıb”, - deyə Tadevosyan bildirib.

Onun sözlərinə görə, hərbçilərin həbsi ilə bağlı məhkəməyə vəsatətlər verilib.

Açar sözlər:

Oxunub: 504