Biləsuvarda elektrik şəbəkəsinin işçisinə xəsarət yetirən şəxs saxlanılıb


14:34     10 Dekabr 2021 21_12_10_1639132499.jpg

Biləsuvarda elektrik şəbəkəsinin işçisinə xəsarət yetirən şəxs saxlanılıb.

Bu barədə Femida.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, Rayon Polis Şöbəsinə (RPŞ) dekabrın 9-da Yuxarı Cürəli kəndi ərazisində rayon sakini M.Abbasovun qol nahiyəsinə kəsici alətlə xəsarət yetirilməsi barədə məlumat daxil olub.

Polis əməkdaşları tərəfindən aparılan araşdırmalarla rayon elektrik şəbəkəsinin işçisi olan M.Abbasovun kənd sakini Ə.Rufullayevin elektrik sayğacına baxış keçirmək istəyərkən onun xuliqanlıq zəminində M.Abbasova xəsarət yetirməsi müəyyən edilib.

Görülmüş tədbirlərlə Ə.Rufullayev saxlanılıb.

Biləsuvar RPŞ-də faktla əlaqədar cinayət işi başlanıb.

Açar sözlər:

Oxunub: 434