Astarada 5 uşaq atası intihar edib


15:01     10 Dekabr 2021 2021/12/intihar-(1)_1639134158.jpg

Astara sakini intihar edib.

"Report"un Cənub bürosunun verdiyi xəbərə görə, hadisə rayonun Siyəku kəndində qeydə alınıb.

Belə ki, 1969-cu il təvəllüdlü İlham Allahverən oğlu Teymurov yaşadığı evin zirzəmisində ov tüfəngindən atəş açaraq intihar edib.

Hadisə zamanı o, evdə tək olub.

Meyit müayinə olunmaq üçün Səhiyyə Nazirliyinin Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Lənkəran şöbəsinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, İ.Teymurov 5 uşaq atasıdır.

Açar sözlər:

Oxunub: 529