Abşeronda sərnişin avtobusu idarə edən koronavirus xəstəsi saxlanılıb


19:17     10 Dekabr 2021 21_12_10_1639149438.jpg

Abşeron Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilən növbəti profilaktik tədbir zamanı aktiv koronavirus xəstəsi kimi qeydiyyata alınan, buna baxmayaraq sərnişin avtobusunu idarə edən sürücü aşkar edilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Femida.az-a verilən məlumata görə, polis əməkdaşları 523 saylı marşrut xətti ilə hərəkət edən avtobusun sürücüsü Abşeron rayon sakini Fəyal İlyasovun aktiv koronavirus xəstəliyinin daşıyıcısı ola-ola evdə məcburi müalicəyə cəlb edilməsinə baxmayaraq işə çıxdığını və avtobus idarə etdiyini müəyyən ediblər.

Sərnişinlərin həyatını real təhlükə altına qoyan sürücü polislər tərəfindən tibbi prosedurlar gözlənilməklə xətdən kənarlaşdırılıb və yaşadığı ünvana qaytarılıb.

Fəyal İlyasov barəsində Abşeron Rayon Polis İdarəsində qanunvericiliyə uyğun olaraq araşdırmalar başlanılıb. Araşdırmaların sonunda onun etdiyi əmələ hüquqi qiymət veriləcək.

Açar sözlər:

Oxunub: 595