Sabunçuda iki avtomobil toqquşub, ölənlər var


12:47     12 Dekabr 2021 21_12_12_1639298332.jpg

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhərinin Sabunçu rayonunda "Shacman" markalı yük avtomobili ilə “Mercedes” və "Nissan" markalı iki minik avtomobilinin toqquşması barədə məlumat daxil olub.

Bu barədə Femida.az FHN-ə istinadən xəbər verir.

Hadisə yerinə cəlb olunan FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri sıxılı vəziyyətdə qalan sərnişinlər, 1996-cı il təvəllüdlü Nəsirli Turxan Nizami oğlunun və digər bir nəfərin (şəxsiyyəti dəqiqləşdirilir) meyitini deformasiyaya uğrayan "Mercedes" markalı minik avtomobilindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Açar sözlər:

Oxunub: 565