Xaçmazda kafedə qadın kişini bıçaqlayıb


12:41     13 Dekabr 2021 21_12_13_1639384922.jpg

Xudat şəhərində bıçaqlanma hadisəsi baş verib.

Hadisə bu gün səhər saatlarında şəhərin mərkəzində kafelərin birində qeydə alınıb.

Rayon sakini Rasim Sədrəddin oğlu Səmədovla qonşusu Mərziyyə adlı xanım arasında baş verən münaqişə bıçaqlanma ilə nəticələnib.

Zərərçəkən Rasim Səmədov qarın divarının deşilmiş-kəsilmiş yarası diaqnozu ilə Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Açar sözlər:

Oxunub: 402