İndoneziyada 7,3 bal gücündə zəlzələ olub


10:57     14 Dekabr 2021 21_12_14_1639463847.jpg

İndoneziyanın şərqində 7,3 bal gücündə zəlzələ baş verib.

Femida.az “TRT Haber”ə istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Geoloji Araşdırma Mərkəzi məlumat yayıb.

Bildirilib ki, zəlzələ İndoneziyanın Flores adası sahillərində 18,5 km dərinlikdə baş verib.

Yeraltı təkanlardan sonra sunami xəbərdarlığı edilib.

İndoneziyanın Fəlakətin Azaldılması Milli Agentliyinin sözçüsü Abdul Muharinin sözlərinə görə, insan itkisi, xəsarət alanlar və dağıntlar barədə hələ ki məlumat yoxdur.

Qeyd edək ki, bu ilin yanvarında İndoneziyada baş vermiş 6,2 bal gücündə zəlzələ nəticəsində yüzdən çox insan ölmüşdü.

Açar sözlər:

Oxunub: 611