Laçın sakinində odlu silah aşkarlanıb


14:41     14 Dekabr 2021

Laçın rayon sakinindən odlu silah götürülüb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan Femida.az-a verilən məlumata görə, Laçın Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən keçirilən tədbirlər zamanı rayon sakini Arif Eyvazovdan müvafiq sənədləri olmayan ov silahı aşkar edilərək götürülüb.

Faktla bağlı Laçın RPŞ-də araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 538