Prezident İlham Əliyevlə NATO Baş katibinin görüşü olub


19:45     14 Dekabr 2021 21_12_14_1639496717.jpg

Dekabrın 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə NATO-nun Baş katibi Yens Stoltenberq arasında Brüsseldə Alyansın mənzil-qərargahında görüş olub.

Femida.az xəbər verir ki, NATO-nun Baş katibi Yens Stoltenberq dövlət başçısı İlham Əliyevi qarşılayıb.

Sonra rəsmi foto çəkdirilib.

Liderlər mətbuata birgə bəyanatlarla çıxış ediblər.

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev Belçikanın paytaxtı Brüsseldə işgüzar səfərdədir.

Açar sözlər:

Oxunub: 377