Arvadını qətlə yetirən şəxsin cinayət işi üzrə ibtidai istintaqı başa çatıb
10:58 15 Dekabr 2021
Masallı rayonunda qətl törətməkdə təqsirləndirilən Ariz Ağayevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
Femida.az -ın xəbərinə görə, iş rayon prokurorluğunda yekunlaşdırılaraq, baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Cinayət işi hakim Əli Əliyevin icraatına verilib.
Məhkəmənin hazırlıq iclası dekabrın 23-nə təyin edilib.
Qeyd edək ki, bu il avqustun 28-i saat 10 radələrində 1991-ci il təvəllüdlü Elza Ağayevanın Masallı rayonu ərazisində xəsarət alması barədə rayon prokurorluğuna məlumat daxil olub.
Aparılan ilkin araşdırmalarla zərərçəkmişin əri, 1985-ci il təvəllüdlü A.Ağayevin şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı E.Ağayevaya çoxsaylı bıçaq xəsarətləri yetirərək qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Masallı Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb.
A.Ağayev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.
Oxunub: 466
Oxşar xəbərlər
- Arvadını maşınla vurub, sonra bıçaqlayan şəxs qətli uşağa görə törədibmiş - TƏFƏRRÜAT
- Arvadını bıçaqlayan şəxsin cinayət işi üzrə ibtidai istintaq başa çatıb
- Arvadını amansızlıqla öldürmək istəyən şəxsin məhkəməsi başlayıb
- Arvadını öldürən kişinin işi məhkəməyə göndərilib
- Arvadını çəkiclə öldürmək istədi
- Arvadını öldürən polisin övladları kimin qəyyumluğuna veriləcək?
- Arvadını öldürən hakim 10 il azadlıqdan məhrum edilib
- Arvadını öldürmək istəyən kişi həbs edilib - RƏSMİ
- Arvadını öldürən şəxsin məhkəməsi başlayır
- Arvadını öldürən hakim barəsində həbs qətimkan tədbiri seçilib - RƏSMİ