Siyəzəndə iki qardaş qəzaya düşüb, biri ağır yaralanıb


11:32     15 Dekabr 2021 21_12_15_1639549740.jpg

Siyəzən rayonunda iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Femida.az xəbər verir ki, “VAZ-2107” markalı avtomobilin dərəyə aşması nəticəsində iki qardaş xəsarət alıb.

Onlardan biri, 1994-cü il təvəllüdlü Musayev Musa Məmməd oğlunun xəsarəti ağır olduğu üçün Bakıda yerləşən xəstəxanaların birinə gətirilib.

Müayinə zamanı ona sağ qolun yerdəyişən sınığı və bədənin müxtəlif dərəcəli əzikləri diaqnozları qoyulub.

Faktla bağlı araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 476