Hacıqabulda qanunsuz ov edənlər saxlanılıb


09:19     16 Dekabr 2021 21_12_16_1639631984.jpg

Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşlarının qanunsuz ovun və mülki silahın daşınması qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə keçirdikləri növbəti tədbirlər zamanı rayonun Muğan qəsəbəsi ərazisində müvafiq icazə olmadan qanunsuz ov edən üç nəfər saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan Femida.az-a verilən məlumata görə, keçirilən tədbirlərlə Göyçay rayon sakinləri – Xəyyam Hüseynov, Fərhad və Ağabala Musayevlər saxlanılıblar.
Onlardan 2 ədəd ov silahı, həmin silahlara aid 3 ədəd patron, 2 ədəd patron qatarı, ov üçün müxtəlif vasitələr və qanunsuz olaraq ovlanmış 8 ədəd dovşan aşkarlanaraq götürülüb.
Faktla bağlı Hacıqabul RPŞ-nin Təhqiqat Bölməsində araşdırmalar aparılır.

Açar sözlər:

Oxunub: 496