Astarada su anbarında üç aylıq körpənin meyiti aşkarlanıb


09:40     17 Dekabr 2021 21_12_17_1639719756.jpg

Astara rayonunun Kijəbə qəsəbəsi ərazisindəki su anbarında üç aylıq körpənin meyiti aşkarlanıb.

Femida.az -ın xəbərinə görə, körpənin su quyusuna bir neçə gün əvvəl düşdüyü ehtimal edilir.

Amma hələlik hadisənin təfərrüatı məlum deyil.

Meyit müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran Rayon Şöbəsinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 446