Oğuzda elektron qolbaq daşıyan şəxsdən narkotik götürülüb
10:14 17 Dekabr 2021
Oğuz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınması istiqamətində növbəti əməliyyat keçirilib.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Femida.az-A verilən məlumata görə, daxil olmuş əməliyyat məlumatı əsasında keçirilən tədbir zamanı üzərində narkotik vasitə daşımaqda şübhəli bilinən rayonun Kərimli kənd sakini Elşən İsmayılov saxlanılıb. Onun üzərinə keçirilən baxış zamanı sellofan torbada qurudulmuş marixuana aşkarlanıb. Götürülən narkotik vasitə ekspertizaya təqdim olunub və faktla bağlı cinayət işi başlanılıb.
Qeyd edək ki, E.İsmayılov ötən il də narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilindiyi üçün saxlanılıb və məhkəmənin qərarı ilə azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilərək elektron qolbaqla təchiz olunub.
Oxunub: 561
Oxşar xəbərlər
- Oğuzda avtomobil ağaca çarpılıb, xəsarət alan var
- Oğuzda ev yanıb, 82 yaşlı qadın yanaraq ölüb
- Oğuzda dağda 43 yaşlı kişinin meyiti tapılıb
- Oğuzda meşə ərazisində yanğın olub
- Oğuzda ağır yol qəzasında bir ailənin üç üzvü yaralanıb
- Oğuzda qohumunun evindən oğurluq edən şəxs saxlanılıb
- Oğuzda avtomobil aşıb, sürücü xəsarət alıb
- Oğuzdakı yanğın söndürülüb
- Oğuzda iki avtomobil toqquşub, xəsarət alan var
- Oğuzda 67 yaşlı kişini avtomobil vurub