Azərbaycan neftinin qiyməti 77 dolları ötüb


13:52     17 Dekabr 2021 21_12_17_1639727661.jpg

Azərbaycanın dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin qiyməti 2,05 ABŞ dolları, yaxud 2,73 % artıb.

Femida.az xəbər verir ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 77,10 ABŞ dolları təşkil edib.

Xatırladaq ki, "Azeri LT CIF" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.

Açar sözlər:

Oxunub: 516