Qarabağ separatçılarından biri Rusiyada həbs edilib
19:58 17 Dekabr 2021
Azərbaycanın vaxtilə işğal altında olmuş, hazırda Rusiya sülhməramlılarının müvəqqəti nəzarət etdiyi Qarabağ bölgəsindəki separatçı-terrorçu rejimin "təmsilçi"lərindən biri olan Boris Avaqyan Rusiyada həbs edilib.
Femida.az "Aysor"a istinadən xəbər verir ki, o, Sankt-Peterburq şəhərində saxlanılıb.
Rusiyanın hüquq-mühafizə orqanları B.Avaqyanı qaçaqmalçılığa görə axtarışa veribmiş.
Onun dövlət sərhədini necə keçərək Rusiya ərazisində peyda olması məsələsi də araşdırılır.
Qeyd edək ki, B.Avaqyan separatçı-terrorçu rejimin "təhlükəsizlik xidməti"nin direktor müavini olub.
Oxunub: 568
Oxşar xəbərlər
- Qarabağda iki su anbarı tikiləcək
- Qarabağda daha 13 kənddə yaşayış məntəqələrinin salınmasına başlanılır
- Qarabağda qanunsuz erməni silahlı birləşmələri atəşkəs rejimini pozub
- Qarabağda döyüşməmək üçün özlərini şikəst edən ermənilər mühakimə olunacaq
- Qarabağda işləmək istəyənlərin NƏZƏRİNƏ! - Bu güzəştlər ediləcək - VİDEO
- Qarabağda mühəndis təminatı üzrə tədbirlər davam etdirilir
- Qarabağ iqtisadi rayonu üzrə xüsusi nümayəndə təyin olunub
- Qarabağda döyüşlərdə iştirak etmiş erməni silahlı dəstəsinin başçısı həbs olunub
- Qarabağda 73 mülki şəxs minaya düşüb, 24 nəfər ölüb
- Qarabağ iqtisadi rayonunun əhalisinin sayı açıqlanıb