Şirvanda karantin qaydalarının pozulduğu üç şadlıq sarayı aşkarlanıb


10:47     18 Dekabr 2021 21_12_18_1639809452.jpg

Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı şəhər ərazisində fəaliyyət göstərən 3 şadlıq sarayında karantin rejimi qaydaları və şərtlərinin pozulması hallarına rast gəlinib.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Femida.az-a verilən məlumata görə, şöbə əməkdaşları tərəfindən “Sərvət Palace”, “Tural” və “Leyla” şadlıq saraylarında keçirilən toy mərasimlərində qonaqların sayının icazə verilən normadan artıq olması müəyyən edilib.

Həmin obyektlərin inzibatçıları barədə qanunvericiliyə uyğun olaraq tədbirlər görülüb və onlar inzibati qaydada məsuliyyətə cəlb ediliblər.

Açar sözlər:

Oxunub: 556