Şəmkir xəstəxanasının baş həkiminin cinayət işi icraata götürülüb


11:47     18 Dekabr 2021 21_12_18_1639811956.jpg

Şəmkirdə rüşvət almada təqsirləndirilən Ayaz İbrahimov, Fəxrəddin Quliyev, Əminə Zamanova, Dünya Qarayeva, Kifayət Abdıyeva və Həbayət Həsənovanın cinayət işi üzrə icraata verilib.

Femida.az -ın xəbərinə görə, iş Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Siyavuş Hacıyevin sədrliyi ilə araşdırılacaq.

Məhkəmənin hazırlıq iclası dekabrın 28-nə təyin edilib.

Qeyd edək ki, rəsmi məlumata əsasən, Şəmkir Rayon Mərkəzi Xəstəxanasının vəzifəli şəxslərinin qanunsuz əməlləri ilə bağlı istintaq Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində aparılıb.

Belə ki, xəstəxananın baş həkimi vəzifəsində işləmiş A.İbrahimovun vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə Həkim Məsləhət Komissiyasının bütün səlahiyyətlərinin həmin xəstəxananın Terapiya şöbəsinin müdiri vəzifəsində işləmiş F.Quliyevə həvalə etməsi, habelə sonuncunun Həkim Məsləhət Komissiyasının üzvü kimi 8 nəfər şəxsə əlillik dərəcəsi təyin edilməsi üçün xəstəxananın həkim terapevti Ə.Zamanova, Qaranüy kənd tibb məntəqəsinin müdiri vəzifəsində işləyən D.Qarayeva, Şəmkir rayon sakinləri - K.Abdıyeva və H.Həsənovanın köməkçiliyi ilə ümumilikdə 20 min 800 manat pul vəsaitini rüşvət qismində almasına və həmin şəxslərin adına olan göndərişlərə saxta diaqnozlar qeyd edərək müvafiq elektron sistemə daxil edilməsi nəticəsində onlara qanunsuz olaraq əlillik dərəcəsi təyin edilməklə ümumilikdə 40 min manat məbləğində pensiya ödənilib.

F.Quliyev və digər şəxslərə müvafiq olaraq Cinayət Məcəlləsinin 311.3.2-ci (Rüşvət alma - təkrar törədildikdə) və digər maddələri ilə ittiham elan edilib. F.Quliyev barəsində həbs, digər şəxslər barəsində isə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib, və cinayət işi baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Açar sözlər:

Oxunub: 558