Masallıda narkotikin təsiri altında avtomobil idarə edən şəxs saxlanılıb


18:05     19 Dekabr 2021 21_12_19_1639922727.jpg

Narkotik vasitənin təsiri altında avtomobil idarə edən şəxs sürücülük hüququndan məhrum edilib

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Femida.az-a verilən məlumata görə, Masallı Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən rayon ərazisində hərəkətdə olan “VAZ-2107” markalı avtomobilin sürücüsü manevr qaydalarını pozduğu üçün saxlanılıb.

Həmin nəqliyyat vasitəsini idarə edən Masallı rayon sakini K.Ramazanovun narkotik vasitə qəbul etməsinə dair şübhələr olduğundan o, polis şöbəsinə gətirilib və tibbi müayinədən keçirilib. Müayinənin nəticəsinə əsasən K.Ramazanovun narkotik vasitədən istifadə etdiyi məlum olub.

Şəxs barəsində toplanmış materiallar hüquqi qiymət verilməsi üçün Masallı Rayon Məhkəməsinə göndərilib. Məhkəmənin qərarı ilə K.Ramazanovun sürücülük hüququ altı ay müddətində məhdudlaşdırılıb.

Açar sözlər:

Oxunub: 402