Azad edilən ərazilərdə daha 20 mina aşkarlanıb


10:33     20 Dekabr 2021 21_12_20_1639981383.jpg

Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə icra olunan əməliyyatlar barədə həftəlik məlumatı təqdim edib.

ANAMA-dan Femida.az-a verilən məlumata görə, dekabrın 13-dən 18-dək Tərtər, Ağdam, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilanda aparılan minatəmizləmə əməliyyatları zamanı piyada əleyhinə 2, tank əleyhinə 18 mina və 166 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.

Nəticədə 108,5 hektar ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.

Açar sözlər:

Oxunub: 469