Baş Prokurorluq: "Pilotlar eniş əməliyyatını istehsalçı zavodun təlimatlarına əsasən aparmayıblar"
12:48 20 Dekabr 2021
“Təlim günü küləyin sürəti, hava məlumatları öyrənilib. İstintaq sənədləri də göstərir ki, həmin gün ərazidə küləyin sürəti saniyədə 16-17 metr təşkil edib. Küləyin sürəti qadağan edici həcmdə olmayıb".
Femida.az xəbər verir ki, bunu Baş Prokurorluğun İstintaq idarəsinin rəis müavini, Dövlət Sərhəd Xidmətinin hərbi helikopterinin qəzaya uğraması ilə bağlı yaradılan İstintaq qrupunun rəhbəri, ədliyyə müşaviri Sənan Paşayev deyib.
O bildirib ki, helikopterin marşrutu üzrə hərəkətində qanun pozuntusu olmayıb: "Sadəcə pilotlar küləyə qarşı eniş etməli idilər. Pilotlar eniş əməliyyatını istehsalçı zavodun təlimatlarına əsasən aparmayıb. Belə ki, pilotlar küləyin axını istiqamətində olan zaman enmə əməliyyatını hərəkətə keçirdikləri üçün qəza baş verib. Enmə əməliyyatı başqa istiqamətdə olsaydı qəza olmayacaqdı".
Oxunub: 488
Oxşar xəbərlər
- Ukrayna Baş Qərargahı: “Rusiyanın daha 45 qanadlı raketi, 4 helikopteri vurulub”
- Zelenski: “Bir ayda Ukrayna ordusu İran istehsallı 233 “Şahed” PUA-sını məhv edib”
- Ceyhun Bayramov: “Müstəqilliyimizə dəstəyə görə qardaş Özbəkistana minnətdarıq”
- Nazirlik nümayəndəsi: “İndiyədək Xocavənddə 25 nəfərin meyitinin qalıqları aşkarlanıb”
- Ukrayna Baş Qərargahı: "Son sutkada Rusiyanın 44 tankı məhv edilib"
- BNA: "147 avtobusun hərəkət intervalında gecikmə var"
- Xanlar Vəliyev: “Ötən 8 ayda qeydə alınmış cinayətlərin 99 faizi açılıb”
- DİN: "Razılaşdırılmamış aksiyanın qarşısı alınacaq"
- Heydər Məmmədov: "Prokurorluqda israfçılığa yol verilməməsi üçün bir çox işlər görülüb"
- Azərbaycan XİN: "Ermənistan bölgədə vəziyyəti gərginləşdirmək istəyir"