Azərbaycanda “Omikron” ştamına yoluxma faktı aşkarlanmayıb


16:56     20 Dekabr 2021 21_12_20_1640005045.jpg

Azərbaycanda koronavirus infeksiyasının “Omikron” ştamına yoluxma faktı aşkarlanmayıb.

Bu barədə Femida.az -ın sorğusuna cavab olaraq Milli Hematologiya və Transfuziologiya Mərkəzindən bildirilib.

Qeyd olunub ki, bütün mutasiyalar və əlaqəli ştamlar üzrə yoxlamalar davam edir: “Azərbaycana xaricdən daxil olan, həmçinin ölkə ərazisində cluster tipli yoluxma görülən və şübhəli bilinən bütün nümunələr toplanılır və analiz edilir. Müvafiq yoxlamalarda hələ yeni ştam aşkarlanmayıb. Yeni ştam aşkar olunacağı təqdirdə bununla bağlı ictimaiyyətə məlumat veriləcək”.

Xatırladaq ki, indiyədək dünyanın 100-ə yaxın dövlətində koronavirus infeksiyasının “Omikron” ştamı aşkarlanıb. O cümlədən Azərbaycana qonşu olan Türkiyə, Gürcüstan, İran və Rusiyada da yeni ştama yoluxma halları qeydə alınıb.

Açar sözlər:

Oxunub: 462