Ermənistan ordusunun qalıqları Qubadlıdan 20 kilometr geriyə yazılı əmr əsasında çəkilib


09:11     21 Dekabr 2021 21_12_20_1640026846.jpg

Ermənistan ordusunun qalıqları və könüllülərdən ibarət dəstələr ötən ilin dekabrında Qubadlı rayonunun ərazisini bütünlüklə tərk edərək yazılı əmr əsasında 20 kilometr geri, sovet dövrü sərhədlərinə çəkilib. Nəticədə Gorus-Qafan yolunun Qubadlıdan keçən 21 kilometrlik hissəsi Azərbaycanın nəzarəti altına keçib.

Femida.az xəbər verir ki, bu fakt Ermənistanda müxalifətdən olan deputatların güc strukturlarına və hökumətə ünvanladıqları çoxsaylı sorğulara cavab olaraq Baş qərargah rəisi Artak Davtyanın imzası ilə göndərilən məktubda əksini tapır. Belə məktub haqda “Ermənistan” blokundan deputat Anna Qriqoryan danışıb.



“Mənim üçün olduqca gözlənilməz oldu ki, bu günlərdə Baş qərargah rəisindən cavab aldım. Baş qərargah rəisinin imzası ilə mənə göndərilən məktub Milli Məclisin məxfi şöbəsinə təqdim edilmək üçündür, ona görə də cavabı tam dərc edə bilmərəm. Amma bir məsələ aydındır: general Artak Davtyan tərəfindən imzalanmış məktubdan görünür ki, 2020-ci ilin dekabrında Ermənistan ordusunun hissələri və könüllülərdən ibarət dəstələr yazılı əmr əsasında 20 kilometr geri çəkilib. Nəticədə Gorus-Qafan yolunun 21 kilometrlik hissəsi Azərbaycanın nəzarətinə keçib”,-o bildirib.

Açar sözlər:

Oxunub: 421