Azərbaycan vətəndaşı Gürcüstana külli miqdarda rus rublu keçirməyə cəhd edib


13:11     21 Dekabr 2021 21_12_21_1640077369.jpg

Gürcüstanda Azərbaycanla sərhəddə yerləşən “Qırmızı körpü” gömrük məntəqəsində bəyan edilməmiş külli miqdarda pul aşkarlanıb.

Femida.az verir ki, bu barədə Gürcüstanın Maliyyə Nazirliyinin Gəlirlər Xidmətindən bildirilib.

Azərbaycan vətəndaşının idarə etdiyi yük maşınına keçirilən ətraflı baxış zamanı gömrük nəzarətindən gizlədilmiş 21 milyon 680 min məbləğində rus rublu aşkarlanıb.

Gürcüstan Milli Bankının rəsmi məzənnəsinə əsasən, qeyd olunan məbləğ 915 633 lari təşkil edir.

Gürcüstanın Gömrük Məcəlləsinə əsasən, qanunu pozan Azərbaycan vətəndaşına qarşı sanksiya kimi bəyan edilməmiş pulun müsadirəsi tətbiq olunub.

Açar sözlər:

Oxunub: 598