Ağstafada avtomobillər toqquşub, xəsarət alanlar var


09:21     22 Dekabr 2021 21_12_21_1640112750.jpg

Ağstafa şəhərində xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

Femida.az -ın məlumatına görə, iki minik avtomobili toqquşub. Hadisə nəticəsində Ağstafa rayon sakinləri - 1996-cı il təvəllüdlü Ə.Bayramlı və 1967-ci il təvəllüdlü E.Xalafov xəsarət alıblar.

Yaralılar xəstəxanaya aparılıb və tibbi yardım göstərilib.

Faktla bağlı araşdırmalara başlanılıb.

Açar sözlər:

Oxunub: 409