Qəza törədib piyadanı vurdu


23:00     28 May 2015 255801.jpg


Bakının mərkəzində qəza törədən avtomobil piyadanı vurub.

Hadisə Səbail rayonu Neftçilər prospektində, Bakı Dəniz Vağzalının qarşısında baş verib.

Hadisə zamanı 1974-cü il Ərəstun Rəşid oğlu Hümbətov sürücüsü və markası hələlik məlum olmayan avtomobil tərəfindən vurulub. Hadisə şahidləri Ə.Hümbətovu xəstəxanaya çatdırıblar. Piyadanı vuran sürücü isə hadisə yerindən qaçıb.

Qəzanı törədən sürücünün müəyyən edilib məsuliyyətə cəlb edilməsi üçün Səbail Rayon Polis İdarəsində araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 807