DİN Zəngilanda toy mərasiminin keçirilməsi ilə bağlı məlumatlara münasibət bildirib


11:27     23 Dekabr 2021 dinnnn.jpg

Daxili İşlər Nazirliyi (DİN) işğaldan azad edilən Zəngilan rayonunda toy mərasiminin keçirilməsi ilə bağlı yayılan məlumatlara münasibət bildirib.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupunun baş inspektoru, polis baş leytenantı Aslan Qiyaslı Femida.az-a bildirib ki, bəzi sosial şəbəkə hesablarında Zəngilan rayonunun Ağalı kəndində toy məclisinin keçiriləcəyinə dair yayılan məlumatlar həqiqətə uyğun deyil.

"Hazırda həmin kənd ərazisində yenidənqurma və bərpa işləri davam etdirilir. Quruculuq işləri yekunlaşdıqdan sonra qısa zaman ərzində soydaşlarımızın öz doğma torpaqlarımızda məskunlaşdırılması planlaşdırılır".

Açar sözlər:

Oxunub: 611