Sabirabadda narkotikin təsiri altında avtomobil idarə edən şəxs saxlanılıb


13:47     23 Dekabr 2021 21_12_23_1640250108.jpg

Sabirabad rayonunda narkotik vasitələrin təsiri altında avtomobil idarə edən şəxs saxlanılıb.

Bu barədə Femida.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, DİN-in Baş Dövlət Yol Polisi İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə dekabrın 21-də Sabirabad rayonu ərazisində yerləşən postda Gəncə şəhər sakini Sabir Əliyevin idarə etdiyi “VAZ-2106” markalı avtomobil nəzarət-yoxlama qaydasında saxlanılıb.

Polis əməkdaşları tərəfindən sürücünün narkotik vasitə qəbul etməsi müəyyən edilib və İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə barəsində protokol tərtib olunub.

Sabirabad Rayon Məhkəməsinin qərarı ilə S.Əliyev 9 ay müddətinə sürücülük hüququndan məhrum edilib.

Açar sözlər:

Oxunub: 625