Prezidentin bu gün təyin etdiyi xidmət rəisi kimdir? - DOSYE
20:47 23 Dekabr 2021
Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin sərəncamı ilə Məmməd Aslan oğlu Abbasbəyli İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəisi təyin edilib.
Femida.az M.Abbasbəylinin dosyesini təqdim edir.
Yeni xidmət rəisi 1975-ci ildə Gəncə şəhərində anadan olub.
Xəzər Universitetinin Beynəlxalq əlaqələr fakültəsində bakalavr dərəcəsi və Bakı Dövlət Universitetinin Hüquq fakültəsində ali təhsil alıb.
1999-ci ildə ABŞ-ın Perdyu Universitetində və 2000-ci ildə ABŞ-nın Corc Vaşinqton Universitetinin hüquq fakültəsinin hüquq üzrə magistri dərəcələri alıb.
2000-ci ildən ABŞ-ın Nyu-York ştatında Vəkillər Kollegiyasının (New York Bar) həqiqi üzvüdür.
Əmək fəaliyyətinə 2000-ci ildə ABŞ-nın Nyu-York şəhərində yerləşən "Salans Hertzfeld & Heilbronn” hüquq şirkətində başlayıb, daha sonra 2003-cü ilədək firmanın Bakı ofisində işini davam etdirib.
2004-cü ildən "Azpetrol International Holdings B.V.”də, "EUPEC Pipe-Coatings LLC” və "BP Group kimi bir sıra iri xarici sənaye və investisiya korporasiyalarında hüquqşünas, hüquq bölməsinin rəhbəri və baş menecer vəzifələrində çalışıb.
2016-ci ildə Azərbaycan Alpinizm Federasiyasının prezidenti olub.
2019-cu ildə İqtisadiyyat nazirinin müşaviri vəzifəsində çalışıb.
Ötən il İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəis müavini vəzifəsinə təyin edilib.
Eyni zamanda, Sahibkarlığın İnkişafı Fondunun Müşahidə Şurasının üzvü və Apellyasiya Şurasının üzvü təyin olunub.
Evlidir, 3 övladı var.
M.Abbasbəyli bugünkü təyinatadək sözügedən Xidmətin rəis müavini olub. O, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Mustafa Abbasbəylinin qardaşıdır.
Oxunub: 1272
Oxşar xəbərlər
- Prezidentin xüsusi nümayəndə təyin etdiyi Hacıyev kimdir?
- Prezidentin köməkçisi və DSX rəisi Ermənistanla sərhədə gedib
- Prezidentin köməkçisi: "Zəngəzur dəhlizi Ermənistan üçün yeni imkanlar açacaq"
- Prezidentin Qarabağ iqtisadi rayonu üzrə xüsusi nümayəndəliyinin qərargahı istifadəyə verilib
- Prezidentin xüsusi nümayəndəsi Ağdamda ağac əkib
- Prezidentin köməkçisi xarici media nümayəndələrinə çağırış edib
- Prezidentin göstərişi ilə 9 partiyanın ofisinin yerləşdiyi ünvan abadlaşdırılır
- Prezidentin köməkçisi tibb işçilərinə xəbərdarlıq edib
- Prezidentin tapşırığına əsasən Azərbaycan Türkiyəyə yardım göndərib
- Prezidentin tapşırığı ilə Türkiyəyə yardım dəstələri göndəriləcək