Bakıda gənc qız dəm qazından zəhərlənib


11:07     24 Dekabr 2021 21_12_23_1640286458.jpg

Bakıda zəhərlənmə hadisəsi baş verib.

Femida.az -ın məlumatına görə, hadisə Xətai rayonunda qeydə alınıb. 1997-ci il təvəllüdlü Sultanova Samirə Habil qızı Polad Həşimov küçəsində yaşadığı evdə dəm qazından zəhərlənib.

Zərərçəkən təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 665