Bakıda 14 yaşlı yeniyetmə dəm qazından zəhərlənib


22:26     25 Dekabr 2021 21_12_25_1640456823.jpg

Bakıda zəhərlənmə hadisəsi baş verib.

Femida.az -IN məlumatına görə, hadisə Nəsimi rayonunda qeydə alınıb.

Y.V.Çəmənzəmənli küçəsində yaşayan 2007-ci il təvəllüdlü Nuri Aynur Telman qızı yaşadığı evdə dəm qazından zəhərlənib. Xəsarət alan yeniyetmə təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 549