Putin və Lukaşenko müdafiə sahəsində ikitərəfli əməkdaşlığı müzakirə ediblər


10:12     26 Dekabr 2021 21_12_26_1640468955.jpg

Rusiya Prezidenti Vladimir Putinlə belaruslu həmkarı Aleksandr Lukaşenko arasında telefon danışığı olub. Tərəflər iki ölkə arasında, xüsusən də müdafiə sahəsində əməkdaşlığın aktual məsələlərini müzakirə ediblər.

Femida.az xəbər verir ki, bu barədə Belarus liderinin mətbuat xidməti məlumat yayıb.

“Söhbət zamanı Prezidentlər Belarus və Rusiya arasında əməkdaşlığın perspektivləri, o cümlədən müdafiə sahəsində və digər məsələlərə toxunublar”, - məlumatda deyilir.

Prezidentlər həmçinin Belarus liderinin Sankt-Peterburqa gözlənilən səfəri zamanı keçiriləcək tədbirlər proqramını müzakirə ediblər.

Açar sözlər:

Oxunub: 364