Nəsimidə iki nəfər dəm qazından zəhərlənib


09:53     26 Dekabr 2021 21_12_26_1640498049.jpg

Bakıda dəm qazından zəhərlənmə hadisəsi baş verib.

Femida.az -IN məlumatına görə, hadisə paytaxtın Nəsimi rayonunda qeydə alınıb.

Yaşadığı evdə dəm qazından zəhərlənən 1961-ci il təvəllüdlü Qarayeva Heyran Bayram qızı və 1968-ci il təvəllüdlü Həsənova Sevda İsa qızı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıblar.

Xəsarət alanlar həkim nəzarətinə götürülüblər. Hadisənin təfərrüatı araşdırılır.

Açar sözlər:

Oxunub: 542