Abşeronda avtomobillər toqquşub, taksi sürücüsü ölüb


09:03     27 Dekabr 2021 2021/12/b1fe6546-ed8c-3b19-ba9a-fcbd53c82885_850_1640585069.jpg

Abşeron rayonunda baş verən yol qəzası ilə bağlı cinayət işi açılıb.

“Report”un xəbərinə görə, hadisə rayonun Məhəmmədi qəsəbəsi, Məhəmmədi-Mehdabad yolunda qeydə alınıb.

Belə ki, taksi sürücüsü, 2000-ci il təvəllüdlü Vəliyev Cəmaləddin Şahlar oğlunun idarə etdiyi “AzSamand” markalı avtomobillə digər taksi sürücüsü, 1981-ci il təvəllüdlü Vəliyev Ramin Sabir oğlunun idarə etdiyi “Mercedes” markalı maşın toqquşub. Nəticədə C.Vəliyev hadisə yerində ölüb.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 263.2-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi açılıb, istintaq aparılır.

Açar sözlər:

Oxunub: 561