Vətəndaşlardan qanunsuz saxladıqları 15 ov tüfəngi götürülüb


11:47     27 Dekabr 2021 21_12_27_1640589999.jpg

Vətəndaşlardan qanunsuz saxladıqları 15 ov tüfəngi götürülüb.

Daxili İşlər Nazirliyindən Femida.az-a verilən məlumata görə, qanunsuz saxlanılan silah-sursatla bağlı əməliyyat tədbirləri davam etdirilir.

Polis əməkdaşlarının əldə edilən məlumatlar əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində dekabrın 25-də və 26-da respublikanın ayrı-ayrı rayonlarında vətəndaşlardan qanunsuz saxladıqları müxtəlif markalı ümumilikdə 15 ədəd ov tüfəngi aşkar edilərək götürülüb.

Faktlar üzrə polis şöbələrində müvafiq araşdırmalar aparılır.

Açar sözlər:

Oxunub: 579