Daha 325 nəfər Azərbaycan vətəndaşlığına qəbul edilib, 31 nəfəri qazi və şəhid ailəsi üzvüdür


12:51     27 Dekabr 2021 21_12_27_1640595130.jpg

“Azərbaycan Respublikasının vətəndaşlığına qəbul haqqında” Azərbaycan Prezidentinin Sərəncamı ilə 325 əcnəbi və vətəndaşlığı olmayan şəxs Azərbaycan vətəndaşlığına qəbul edilib.

Bu barədə Femida.az-a Dövlət Miqrasiya Xidmətindən məlumat verilib.

Qeyd olunub ki, bu şəxslərdən 31 nəfəri Vətən müharibəsində Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmiş, o cümlədən şəhid olmuş hərbi qulluqçuların ailə üzvləridir.

Açar sözlər:

Oxunub: 361