Sabah Mingəçevirdə su kəsiləcək


18:58     27 Dekabr 2021 21_12_27_1640616452.jpg

Sabah təsdiqlənmiş plana və təlimata uyğun olaraq Mingəçevir şəhərində 10 min kubmetr tutumlu mərkəzi su anbarında yuyulma və dezinfeksiya işləri aparılacaq.

Femida.az bu barədə "Azərsu" ASC-yə istinadən xəbər verir.

Məlumata görə, bununla əlaqədar gün ərzində şəhərə içməli suyun verilməsində fasilə olacaq.

Qurum yaranacaq narahatlıqla əlaqədar abunəçilərdən üzr istəyib.

Açar sözlər:

Oxunub: 570