Lənkəranda heykəltaraşlıq emalatxanası yanıb


19:44     27 Dekabr 2021 21_12_27_1640617450.jpg

Lənkəranda iki mərtəbəli bina yanıb.

“Report”un Cənub Mərkəzinin verdiyi məlumata görə, hadisə şəhərin “Ləvəngi” dairəsində qeydə alınıb.

Belə ki, Lənkəran şəhər sakini, 1987-ci il təvəllüdlü Çingiz Asif oğlu Ağazadəyə məxsus ümumi sahəsi 400 kvadratmetr olan mənzil yanıb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin Lənkəran Dövlət Yanğından Mühafizə hissəsinin texnika və canlı qüvvəsi cəlb edilib, yanğın lokallaşdırılıb və birinci mərtəbə yanğından qorunub.

Yanğın nəticəsində binanın 200 kvadratmetr sahədə dam örtüyü və digər yanar konstruksiyalar tam olaraq yanıb.

İlkin məlumata görə, bina heykəltaraşlıq emalatxanası və mebel sexi kimi icarəyə verilib.

Hadisənin baş vermə səbəbi araşdırılır.

Açar sözlər:

Oxunub: 349